Mərkəzi Bank son qərarını şərh etdi

Azərbaycanın bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyən edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin 750 milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılıb. Bununla bağlı AMB-nin İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib. Qaydalara dəyişikliklərin tam mətni AMB-nin internet səhifəsində (www.cbar.az) və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (//e-qanun.az/framework/55583) yerləşdirilib.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.
Yeni diferensiasiya meyarları və bu meyarlara uyğun məcburi ehtiyat normaları
Diferensiasiya meyarları | Məcburi ehtiyat norması, % | |||
Milli valyutada öhdəliklər üzrə | Xarici valyutada öhdəliklər üzrə | Qiymətli metallarda öhdəliklər üzrə | ||
1 | · Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti)* · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% | 5% | 6% | 5% |
2 | · Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% | 10% | 12% | 10% |
3 | · Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% | 10% | 12% | 10% |
4 | · Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% | 12.5% | 15% | 12.5% |
5 | · Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% | 10% | 12% | 10% |
6 | · Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% | 20% | 20% | 20% |
7 | · Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% | 20% | 20% | 20% |
8 | · Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% | 25% | 25% | 25% |
9 | · Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar | 0% | 0% | 0% |
* Mötərizənin içindəki göstərici xarici valyutada olan öhdəliklərə şamil olunur.