"Tesla" investorları Maska sanksiya qoymaq istəyir

"Tesla" investorları şirkətin İdarə Heyətini İlon Maskın X sosial şəbəkəsində "antisemit şərhini dəstəklədiyi üçün üzr istəmədiyi təqdirdə" ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Nyu-York ictimai pensiya fondları üçün təxminən 946 milyon dollarlıq "Tesla" səhmlərinə nəzarət edən Bred Lender Maska sanksiya qoyulmalı olduğunu söyləyib. O, elektrik avtomobil istehsalçısının davranış kodeksinin təşkilatın istənilən səviyyəsində zorakılığı qadağan edən bölməsinə istinad edərək Maskın hərəkətlərinin şirkət üçün problemlər yaratdığına diqqət çəkib:
"Əgər o, antisemit kimi qəbul edilərsə, bunun "Tesla"nın satışları və dəyərinə real təsir göstərə biləcəyi real risk var".
İnvestor hesab edir ki, İlon Mask öz postunu silməli və bağışlanmasını istəməlidir və etməsə, tədbirlər görülməlidir. Lender ona maaşını verməyi dayandırmağı, baş direktor vəzifəsini dayandırmağı və ya işdən azad etməyi təklif edib.