Qaribaşvili Azərbaycana gəldi - Yenilənib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.
****
10:30
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya yola düşüb. Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatında onun Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər etdiyi qeyd olunub.
İrakli Qaribaşvili SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatı üçün Xüsusi Proqramı) iqtisadi forumunda fəxri qonaq qismində iştirak edəcək.
Baş nazirin Prezident İlham Əliyevlə də görüşməsi nəzərdə tutulub. O, forum çərçivəsində planlaşdırılan hökumət başçılarının sammitində çıxış edəcək.