UEFA Avropa Liqası matçının yerini dəyişdi

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişib.
Modern.az qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Belqrad şəhərindən Budapeştə keçirilib.
Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.
Qeyd edək ki, “Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə baş tutacaq.