Qəzzada yaşananlar əxlaq kompasının səhv işlədiyini göstərir - FİDAN

"Öhdəmizə düşən məsuliyyəti üzərimizə götürməkdən və fələstinli qardaşlarımızın yanında olmaqdan əsla geri durmayacağıq".
TRT xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Sammitində çıxışı zamanı deyib.
"Qəzzada yaşananlar əxlaq kompasının səhv işlədiyini göstərir. Qərb ölkələrinin səssizliyi əxlaqi-siyasi çöküşü göstərir", - o qeyd edib.
Fələstini dəstəklədiklərini bir daha bəyan edən nazir Qərbin yanaşmasını tənqid edib.