Belarusda prezident seçkilərinin tarixi bəlli oldu

Belarusda prezident seçkilərinin keçiriləcəyi tarix bəlli olub.
Bu barədə "Sputnik Belarus" məlumat yayıb.
Məlumatı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko açıqlayıb. Belə ki, 20 iyul 2025-ci il tarixinədək Belarusda prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, sonuncu prezident seçkilərinin rəsmi nəticələrinə görə, 1994-cü ildən ölkəyə başçılıq edən Aleksandr Lukaşenko yenidən prezident olub. Lakin bir sıra ölkələr və beynəlxalq təşkilatlar seçkinin nəticələrini tanımayıb. Onlar legitim prezident kimi digər namizəd - Svetlana Tixanovskayanı qəbul edirlər və nəticələrin saxtalaşdırıldığını bəyan edirlər. Hazırda Tixanovskaya Litvada mühacirət həyatı yaşayır. Ümumilikdə həmin seçkilər Belarusda kütləvi etirazlarla müşayiət olunub.