TƏBİB rəsmisi əhalini vaksinasiyaya çağırdı

“Hepatit A virusuna qarşı vaksin var”.
Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva "TƏBİB məsləhəti"ndə deyib.
Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir: “İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmalıdır".
TƏBİB rəsmisi əlavə edib ki, bu, xəstəliyin ağır keçməsinin qarşısını ala bilər.