İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 25-dən 27-si səhərədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Azərbaycanın rayonlarında noyabrın 25-26-da əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.