Bəşəriyyət yeni fəslinə başlayır - Putin

"Süni intellektin həyatın bütün sahələrinə tətbiqi ilə bəşəriyyət varlığının yeni fəslinə başlayır".
TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib:
"Təbii ki, süni intellektin elmdə, təhsildə, səhiyyədə və həyatımızın bütün sahələrində tətbiqi ilə bəşəriyyət öz varlığının yeni fəslinə başlayır. Bunlar göz qabağındadır".
Qeyd edək ki, Putin süni intellekt mövzusunda keçirilən konfransa qatılıb.