Kürdəmirdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa ilə əlaqədar təmir işləri yekunlaşana qədər Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.