Liviyadakı Türkiyə hərbçilərinin icazə müddəti daha iki illik uzadıla bilər

Türkiyə hərbçilərinin Liviyaya göndərilməsinə dair icazənin müddəti daha iki illik uzadıla bilər.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, ölkə başçısının imzaladığı müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.