Türkiyə terrorçulara aid 17 hədəfi məhv etdi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında yerləşən terror qruplaşmalarına qarşı hava əməliyyatı keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, İraqın şimalında yerləşən Qara, Metina, Hakurk və Qəndildə keçirilən əməliyyat nəticəsində terrorçulara aid mağaralar, sığınacaqlar olmaqla, ümumilikdə, 17 hədəf məhv edilib. Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib.