“Hamısı yalandır!” - DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilir:
“Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəyəm” desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” desə, göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” desə, etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pulköçürmələrdən qazana bilərsiniz” desə, qoşulmayın! Hamısı yalandır!”