İsraildə 100 min insan etiraza qalxdı

İsrailin paytaxtı Təl-Əvivdə Qəzza zolağından girovların azad edilməsi tələbi ilə kütləvi aksiya keçirilib.
Bu barədə "Əl-Cəzirə" kanalı məlumat yayıb.
Məlumata görə, mitinqdə 100 min insan iştirak edib.
Etiraz İsrail Müdafiə Nazirliyinin binasının yaxınlığındakı meydanda keçirilib. Nümayişçilər HƏMAS tərəfindən qaçırılan girovların fotoşəkillərini əllərində tutublar.
Mitinq məhbusların mübadiləsinə dair İsrail-HƏMAS sazişinin həyata keçirilməsində problemlərin olduğu xəbərləri fonunda başlayıb. Lakin sonradan Fələstin hərəkatı girovların ikinci qrupunu - 13 israilli və 4 əcnəbini azad edib. İsrail buna cavab olaraq ikinci qrup fələstinli məhbusu sərbəst buraxıb.