Zəngəzur dəhlizi üçün önəmli mərhələ: Keçid məntəqələri - YARADILIR

Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün dövlətimiz tərəfindən ciddi işlər görülür.
Bunu jurnalistlərə açıqlamasında DGK-nın sədri Şahin Bağırov deyib.
"Dövlət Gömrük Komitəsi (DGK) olaraq biz də bu proseslərin içindəyik. Hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparırıq", - sədr bildirib.
O əlavə edib ki, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələdə tikinti işlərinə başlanacaq.