Şimali Koreyada seçkilər davam edir

Koreya Xalq Demokratik Respublikasında (KXDR) yerli və regional səviyyələrdə xalq məclislərinə deputat seçkiləri başlayıb, ilk iki saat ərzində seçicilərin 47,8%-i səs verib.
Modern.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) açılıb və saat 12:00-a olan məlumata görə, seçicilərin 47,81 faizi səs verib.
Qeyd edək ki, Şimali Koreya daha əvvəl seçki qanununa dəyişiklik edərək parlamentə namizədlərin ilkin tədbirdə iki namizəd arasından seçilməsinə icazə verib.