Avstriyada təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

Yüngülmühərrikli təyyarənin Avstriya dağlarında qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qəza Yuxarı Avstriya federal əyalətində baş verib.