ABŞ-ın İran-Azərbaycan dostluğuna qarışmağa haqqı yoxdur

Amerikalılar onlara aid olmayan işlərə qarışırlar.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani ABŞ Dövlət katibinin müavini Ceyms O`Brayenin Azərbaycanla Naxçıvan arasındakı dəhlizin yaradılmasında İranın iştirakını tənqid etməsinə münasibət bildirərkən deyib.
“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübədən dərs almalıdırlar”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.