Küveytin sabiq müdafiə naziri 7 il azadlıqdan məhrum edilib

Küveyt Ali Məhkəməsi sabiq müdafiə və daxili işlər naziri Halid əl-Cərrah əl-Sabahın 7 il azadlıqdan məhrum edilməsi barədə hökm verib.
APA-nın “Reuters“-ə istinadən verdiyi xəbərə görə, sabiq nazir hərbi xərclərdən sui-istifadə etməkdə günahkar sayılıb.
Məhkəmənin hökmünə əsasən, anoloji ittihamla günahlandırılan sabiq Baş nazir Caber əl-Mübarək əl-Hamad əs-Sabah isə təyinatı üzrə xərclənməyən vəsaitləri geri qaytarmalıdır.
Hər iki şəxs ittihamları rədd edir.
Qeyd edək ki, sabiq müdafiə və daxili işlər naziri ilə sabiq Baş nazirə 2022-ci ilin martında bu ittihamlar üzrə bəraət verilib. Lakin Küveyt Prokurorluğunun apelyasiyası əsasında cinayət işi yenidən məhkəməyə qaytarılıb.