Şirazda silahlı qarşıdurma - Ölən var

Şirazda silahlı qarşıdurma baş verib, ölən var.
Bu barədə IRNA məlumat yayıb.
İranın Fars əyalətinin Şiraz şəhərində polislə axtarışda olan şübhəlilər arasında qarşıdurma baş verib. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Qarşıdurmanın hələ də davam etdiyi, əlavə məlumatın veriləcəyi bildirilib.