HAMAS Rusiya vətəndaşını azad edib

HAMAS Rusiya vətəndaşlığı olan girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Bu barədə TASS Fələstin hərəkatı Siyasi Büro rəhbərinin mətbuat katibinə istinadən məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova HAMAS-ın Rusiya vətəndaşlığı olan girovu azad etdiyini təsdiqləyib.
“Yaxın vaxtlarda, mümkün qədər tez Rusiya diplomatları ona baş çəkəcəklər. Bu girovluqdan azad olma mübadilə siyahısından kənarda baş verdi. Söhbət Rusiya nümayəndələri ilə HAMAS arasında birbaşa razılaşmalardan gedir. Bu iş davam edəcək”, - deyə Rusiya XİN rəsmi nümayəndəsi "Telegram" kanalında yazıb.