Rusiyanın etdikləri Ermənistanın başına çırpılır...

Image

Bu gün postsovet məkanında ən çox diqqət cəlb edən məqamlardan biri də Rusiya və Ermənistan arasında gərginləşən münasibətlərin hansı nəticələrlə sonuclanacağıdır.

Bu hal, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın Amerikanın “The Wall Street Journal” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər, Rusiyanın buna reaksiyası fonunda yenidən aktuallaşıb.

Paşinyan bildirib ki, Ermənistan Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi üçün yeni tərəfdaşlar axtarır. O əlavə edib ki, eyni səbəbdən hazırda Ermənistanda Rusiya hərbi bazasının olmasında heç bir üstünlük görmür: “Bu vəziyyətlər bizi təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi. İndi biz bunu etməyə çalışırıq”. Baş nazirin partiyasının üzvü Arusyak Julhakyan parlamentdə bu xüsusda bildirib: “Yeni hərbi alyansdan danışmağımız lazım deyil, bu, təkcə hərbi deyil, tərəfdaşlıq da ola bilər”. Hökumətyönlü deputat hesab edir ki, qonşularla sülh təhlükəsizliyin mühüm təminatlarından biridir. Baş nazirin açıqlamalarından sonra o, son vaxtlar açıq şəkildə gərginləşən strateji müttəfiqi Rusiyanın reaksiyasını proqnozlaşdırmaqda çətinlik çəkib: “Biz özümüz üçün başqa təhlükəsizlik komponentləri tapmalıyıq, bu, silah şəklində ola bilər, Fransa ilə razılaşma şəklində gördüyümüz kimi, müşahidə şəklində də ola bilər. Avropa İttifaqının təhlükəsizlik sferasında çəkindirici ola biləcək missiyası da var. Yəni təhlükəsizliyi təkcə hərbi komponent təmin edə bilməz”.  Hakim “Vətəndaş müqaviləsi” fraksiyasından Artur Hovhannisyan isə qeyd edir: “Biz Ermənistan Respublikasının dövlət maraqlarını təmin etmək üçün həm təhlükəsizlik, həm də xarici siyasət sahəsində balanslaşdırılmış siyasət aparırıq”. Hakimiyyətin açıqlamaları müxalifəti inandırmayıb, onlar narahatdırlar. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından  deputat Hayk Mamicanyan deyib: “Paşinyan və onun qrupu mövcud müttəfiqləri və tərəfdaşları ilə münasibətləri korlayıb, indi yeni tərəfdaşlar axtarırlar”. Mamicanyan qeyd edib ki, Ermənistan vətəndaşı kimi onu strateji müttəfiqin reaksiyası qane etmir, lakin yeni silahlar əldə etməsini alqışlayır. Bununla belə, o əlavə edib: "Bir müttəfiq və ya tərəfdaş haqqında açıq bir şey deyəndə, buna görə məsuliyyəti bilməlisən. Sən sadəcə pul vermək üçün bankomat deyilsən, silah satmırlarsa, günah sənindir, çünki bundan əvvəl, 30 ildir ki, sənə satıblar, pulsuz veriblər, “İsgəndər” də veriblər”. “Hayastan” müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan təhlükəsizliyin şaxələndirilməsini alqışlayaraq, diqqəti başqa şeyə yönəldir: “Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə ilə hələ də düşmən vəziyyətdəyik, Rusiya ilə strateji tərəfdaşlığımız davamlı olmalıdır. KTMT-nin üzvləri və cənub qonşumuz İran İslam Respublikası ilə xüsusilə ciddi əlaqələr qurulmalıdır”. Baş verənlərə Rusiya da reaksiyasını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın “The Wall Street Journal”a müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib: “Qərb kütləvi informasiya vasitələri rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alır. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır. Təəssüflər olsun ki, hazırkı Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsilə həll edirik” deyə cavab verməyə üstünlük veririk”.

Zaxarova qeyd edib ki, məlum müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətinin azaldılmasına cəhd edilib: “Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolunu azaltdılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı: 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticari-iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb ki, bu da 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya, demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir ki, respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasında daxildir. 90-cı illərdən başlayaraq Ermənistanda Rusiyanın hərbi mövcudluğu və sərhədçilərimizin orda olması respublika üçün Cənubi Qafqazda sadə olmayan vəziyyət və Ermənistanın öz qonşuları ilə nizamlanmayan münasibətləri nəzərə alınaraq tələb olunub. Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədindən qanunsuz keçidin qarşısını alır. Ermənistan-İran sərhədində qaçaqmalçılığın qarşısını alır. 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirir. Bütün tədbirlər Ermənistan tərəfi ilə birlikdə respublikanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilir. O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari ilə inkişaf edərdi, xüsusilə də Ermənistan rəhbərliyinin ictimai şəkildə Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməsindən sonra... O ki qaldı rəsmi İrəvanın KTMT-nin effektivliyi ilə bağlı iradlarına, bu təşkilatın effektivliyi 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı inandırıcı şəkildə nümayiş olunub. Əgər Ermənistan rəhbərliyi KTMT missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərdən yayınmaq olardı. Lakin bunun əvəzinə Ermənistan rəhbərliyi Avropa İttifaqının missiyasını dəvət etməyə üstünlük verdi ki, monitorinq görüntüsü altında həmin missiya əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır və istisnasız olaraq Brüsselə hesab verir. Bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edir ki, Moskva İrəvanla təmasda Ermənistanın Baş naziri Paşinyanın “təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi” zərurəti haqqında danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat alacağını gözləyir: “Biz cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Erməni dostlarımızla söhbətimizdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Və təbii ki, Ermənistanın Rusiya ilə qəzetlər, xüsusən də “The Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam edəcəyik, bizim çox geniş gündəliyimiz var”. Amma  İrəvanın Kremllə münasibətləri tamamilə kəsmək üçün daha radikal addımlar atacağı gözlənilir. Bu sıraya, ilk növbədə, Ermənistandakı 102-ci rus hərbi bazasının çıxarılması daxildir.

Samirə SƏFƏROVA









SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728