Finlandiyanın baş naziri: "Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamağa hazırıq"

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamağa hazırdır.
Bu barədə Finlandiyanın baş naziri Petteri Orpo deyib.
"Lazım gələrsə Finlandiya şərq sərhədini həmçinin bütün məntəqələri bağlayacaq. Sığınacaq üçün müraciətlərin qəbulunu şərq sərhədindən başqa bir yerə cəmləyəcəyik", - deyə o bildirib.
Daha əvvəl Finlandiyadakı Bərabərlik üzrə Komissarı Kristina Stenman bildirmişdi ki, Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddə demək olar ki, bütün keçid məntəqələrini bağlamaq qərarı sığınacaq proseduruna girişi təhlükə altına qoyur.
Finlandiya Daxili İşlər Nazirliyi miqrant axını azalana qədər Rusiya ilə sərhədin bağlı qalacağını bildirib.