Kremldən Argentina seçkiləri və Finlandiya ilə sərhədlərin bağlanmasına REAKSİYA

"Rusiya Argentina xalqının prezidentin seçilməsi üçün səsvermədə seçiminə hörmətlə yanaşır".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Argentina ilə ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarıdır. Avropanın Rusiyaya qarşı sanksiyaları bumeranq effektinə səbəb olur və avropalıların öz maraqlarına zərbə vurur. ABŞ Ukraynadakı vəziyyətin mümkün nizamlanması ilə bağlı Rusiya ilə əlaqə saxlamağa cəhd etməyib. Qəzzanı tərk etmək istəyən rusların demək olar ki, yarısı artıq Rusiya Federasiyasına çatdırılıb, işlər davam edir. Putin noyabrın 22-də G20 onlayn sammitində çıxış etməyi planlaşdırır. Rusiya Federasiyası Finlandiya ilə yaxşı münasibətlərin rusofob mövqe ilə əvəz olunmasından təəssüflənir. Moskva Finlandiya tərəfinin rus sərhədçilərinə qarşı ittihamlarını qəbul etmir, onlar bütün göstərişlərə tam əməl edirlər. Kreml Finlandiyanın qalan sərhəd keçid məntəqələrini bağlamaq qərarından dərin təəssüflənir", - sözçü belə söyləyib.
O, "Qərbi Azərbaycan" anlayışından xəbərsiz olduğunu qeyd edib.