Türkiyədə meşə yanğınlarından insanlar təxliyə olunub

Türkiyədə meşə yanğınları başlayıb.
Hadisə Trabzonda qeydə alınıb.
Axşam saatlarından başlayan güclü küləkdən yanğının miqyası genişlənib.
Sürmene mahalında 17 evdən insanlar təxliyə edilib.
Yanğına müdaxilə edən iki yanğınsöndürən tüstüdən xəhərlənib.
Hadisənin qarşısının alınması istiqamətində əməliyyat aparılır.