İcra hakimiyyətinin binasında yanğın - YENİLƏNİB

Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın birinci mərtəbədə qeydə alınıb.
APA xəbər verir ki, binanın kompüter otağında masalar və tavan yanır.
Hazırda əraziyə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Binada baş verən yanğının söndürülməsi işləri davam edir.
***
Saat 00:19
Gədəbəydə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.
Belə ki, binada anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.