Şimali Koreya Pentaqonun fotolarını çəkib yaydı

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun şəkillərini çəkib.
Bu barədə “Reuters” məlumat yayıb..
Peyk ABŞ-ın Virciniyadakı hərbi bazasında yerləşən aviadaşıyıcı gəmiləri görüntüləyib.
Fotolar daha sonra Şimali Koreyanın mətbuatında paylaşılıb.
Qeyd edək ki, KXDR noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib. Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd etmişdi. Kəşfiyyat peykinin bir neçə gün əvvəl Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyi açıqlanmışdı.