Tiktoker çağırış etdi:

“TikTok” sosial şəbəkəsində “Semka” ləqəbi ilə tanınan Seymur Ələkbərli hüquq-mühafizə orqanlarına çağırış edərək tiktokerlərə qarşı əməliyyat keçirilməsinin vacib olduğunu bildirib.
O, bununla bağlı “TikTok” platformasında video paylaşıb.
“Arzumdur ki, Türkiyədəki kimi, Azərbaycanda da tiktoker yayımçılarına qarşı əməliyyat keçirilsin. Burada çirkli pulların yuyulması prosesi gedir. İçi mən qarşıqı hamını həbs etsinlər, görək kim nə işlə məşğuldur”, - deyə Seymur Ələkbərli deyib.
Bildirək ki, bir müddət əvvəl Türkiyədə tiktokerlərə qarşı əməliyyat keçirildi və çirkli pulların yuyulması iddiaları öz təsdiqini tapdı.