Fransız nazir məşhur Gərni məbədini də erməniləşdirdi...

Image

“İmkan vermək olmaz ki, Fransa ilə Ermənistan birləşib bizim qədim atəşpərəstlik məbədimizi “erməni irsi” kimi UNESCO-ya daxil etsinlər”

Qərbi Azərbaycan ərazisindəki alban-xristian, ərmən-qıpçaq, onlardan əvvəl isə atəşpərəst məbədləri biz türklərin tarxi-mədəni irsidir. Təəssüflər olsun ki, 35 il əvvəl sonuncu Azərbaycan türkləri də indiki Ermənistan ərazisindən çıxarıldı, bundan sonra haylar bizim tarixi irsimizi daha geniş şəkildə saxtalaşdırmağa başladılar.

Onların bu saxtalaşdırma işinə “böyük bacı”ları Fransa da dəstək oldu, bu gün də dəstək olur. Məqsədləri də odur ki, Qafqaz, daha dəqiq desək, Azərbaycan Albaniyasına aid olan xristianlıq irsini mənimsəsinlər, “erməni irsi” adı altında UNESCO-ya daxil etsinlər. Necə ki, indiyə qədər ediblər.

Tarixi torpağımız olan Qərbi Azərbaycanda məbədlər həddən artıq çoxdur və onların hər biri barədə məlumatımız var. Qərbi Azərbaycanda mövcud olan məşhur Gərni məbədi də artıq “erməni irsi” kimi beynəlxalq aləmə təqdim edilir.     

Belə ki, Fransanın mədəniyyət naziri Rima Əbdül-Malak ermənilərlə birləşib Gərni məbədini erməniləşdirməklə məşğul olur. Fransalı nazir Gərni məbədini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil etməyi planlaşdırdığını açıqlayıb. O, bu barədə İrəvanda erməni həmkarı Janna Andreasyanla birgə mətbuat konfransında bildirib. Qeyd edib ki, UNESCO-nun siyahısına daxil edilmiş Fransanın Mezon Karre məbədi və ya Nimesdəki Meydan evi məbədi ilə Gərni məbədi arasında əməkdaşlıq planlaşdırılır. O, iddia edib ki, guya bu,  gələcəkdə “erməni məbədinin” təşkilatın irs siyahısına daxil edilməsi üçün yaxşı başlanğıcdır.

Fransız nazir vurğulayıb ki, Gərni məbədi eramızın I əsrində guya “Ermənistanda tikilmiş” bütpərəst məbəddir.

Gərni məbədi barədə tədqiqatçı Əziz Ələkbərli öz əsərlərində qeyd edir ki, Qərbi Azərbaycan abidələri arasında Gərnibasar mahalında e. ə. III-II yüzillərdə inşa edilmiş Gərni qalası və həmin qalada eramızın I yüzilində Arman (Ərmən) hökmdarı I Turadat tərəfindən tikilmiş, "Təxti-Turadat" adı ilə tarixə düşən saray xüsusi yer tutur.  “Gərni məbədi Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında, Gög dağın ətəyində, Ellər (12.10.1961-ci ildən - Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən - Qarni) kəndi ərazisində qədim türk saray-məbədir. Eramızın 1-ci yüzilində Armaniya çarı I Tiridat Gərni qalasında dördkünc yonulmuş daşdan qədim bizans arxitektura üslubunda əzəmətli saray-məbəd ucaltmış, bu əsrarəngiz sənət nümunəsinin üzərində yunan dilində öz adını yazdırmışdır. "Təxti-Tiridat" adı ilə tarixə düşən bu bütpərəstlik məbədi yüzillər boyu ərmən Arsaq hökmdarlarının yay iqamətgahı olmuş, XIII yüzildə isə Hülaku xan bu dəbdəbəli sarayı öz hesabına bərpa etmişdir. Məbəd XVII yüzildə zəlzələ nəticəsində dağılmış, 1969-1974-cü illərdə yenidən bərpa olunmuşdur. Qalanın yerləşdiyi Baş Gərni kəndində qədimdən Türk-Oğuz tayfaları yaşamış, kənd 1827-ci ildə bölgənin ruslar tərəfindən işğalı zamanı yerlə-yeksan edilmişdir. Kəndə ilk ermənilər 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər”-deyə alim  qeyd edir.

  • “Bu ziyanlı təşəbbüsün irəli sürülməsinin özü  yolverilməzdir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində “ fransalı nazir ermənidən  çox ermənidir. Bütün dünya bilməlidir ki, Gərni məbədinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Gərni məbədi xristianlıqdan öncəyə, atəşpərəstlik dövrünə aiddir. Gərni məbədini “erməni irsi” kimi UNESCO-ya daxil etməyi planlaşdıran fransalı nazirin təşəbbüsü pislənməlidir. İmkan vermək olmaz ki, Fransa ilə Ermənistan birləşib bizim qədim atəşpərəstlik məbədimizi “erməni irsi” kimi UNESCO-ya daxil etsinlər. Bu ziyanlı təşəbbüsün irəli sürülməsinin özü  yolverilməzdir. Bütün dünyaya səs salmalıyıq ki, Ermənistan və Fransa birləşərək indi də bizim Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizi erməniləşdirirlər. Bu bütün beynəlxalq qanunlara ziddir ”-deyə bildirdi. 

Q.Hacıyev əlavə etdi ki,  Gərni məbədinin “erməni irsi” kimi qələmə verilməsində əsas məqsəd indiki Ermənistan ərazisində azərbaycanlıların yaşamadığını, burada onların heç bir tarixi irsi olmadığını “sübut etməkdir”. “Onlar çalışırlar ki, bütün gücləri ilə bizim Qərbi Azərbaycanda  dini, tarixi, mədəni irsimizin olmadığına dünyanı inandırsınlar. Məsələ ondadır ki, artıq beynəlxalq ictimaiyyət 1988-ci ildə Qərb azərbaycanlıların öz ata-baba yurdlarından didərgin salındıqlarının fərqindədir və əlbəttə, bir gün onların geri qayıdışı gerçəyə çevriləcək, bu da erməniləri qorxutduğu üçün abidələrimizi bizdən qoparmağa çalışırlar. Hesab edirəm ki, fransız və hay cütlüyünün bu saxtalaşdırmanı daha da genişləndirməsinə imkan verilməməlidir. UNESCO bölgəyə missiya göndərməli və hər şeyi aydınlaşdırmalıdır. Üç ildir “gələcəyik” deyirlər, amma hələ də gəlmirlər”-deyə müsahibimiz qeyd etdi. 

İradə SARIYEVA







SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728