Əlverişsiz havaya görə İstanbul boğazı bağlanıb, THY 56 reysi ləğv edib

İstanbul boğazı əlverişsiz hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti üçün yerli vaxtla 17.50-dən etibarən hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.
Bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Bundan əlavə, Türk Hava Yollarının İstanbul hava limanından qalxan və gələn 56 reysi ləğv edilib.