“Muğanbank”ın işçiləri niyə kompensasiya ala bilmirlər? - AÇIQLAMA

Image

“Bağlanan “Muğanbank”ın 500-ə yaxın işçisi kompensasiya ala bilmir. Buna səbəb Əmanətlərin Sığortalanma Fondunun işçiləri “70 a” maddəsi ilə işdən kənarlaşdırmaq əvəzinə “68 c” maddəsi ilə uzaqlaşdırmasıdır”.

Bu iddia ilə “Qafqazinfo”ya “Muğanbank”ın bir qrup əməkdaşı müraciət edib. 

Onlar bildiriblər ki, sözügedən maddə ilə uzaqlaşdırılan əməkdaşlar isə işsizlikdən sığorta üçün də müraciət edə bilmirlər:

“68 c” maddəsində qeyd olunur ki, işçiyə təklif olunan əməkhaqqı ilə işdə qalıb davam edə bilər. Halbuki çox aşağı əməkhaqqı verirlər. Aydın məsələdir ki, əksər işçilər bu şərtlərlə razılaşmırlar. Nəticədə onlara elə bir şərait yaradılır ki, özləri işdən imtina edirlər. Bunu isə ona görə edirlər ki, ləğv olunan bankın işçilərinə kompensasiya verməsinlər. 500-dən artıq işçinin haqqına girirlər. Əslində bizdən qabaq da digər banklar bağlanıb və onlarda proses şəffaf olub, belə problem yaşanmayıb. Bu maddə ilə uzaqlaşdırılan işçi işsizlikdən sığorta üçün də müraciət edə bilmir”. 

Problemlə bağlı Əmanətlərin Sığortalanma Fondundan bildirilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisə ləğv edildikdə işçilərin əmək müqavilələrinə xitamını özündə ehtiva edir: 

“Ləğv prosesində olan “Muğanbank” ASC-yə münasibətdə bildiririk ki, müəssisə ləğv edilməyib, müəssisəyə müvafiq qurum tərəfindən verilmiş bank lisenziyası ləğv edilib. Yəni ləğv prosesində olan “Muğanbank” ASC kredit vermir, əmanət qəbul etmir, pul köçürmələrini həyata keçirmir və s. bu kimi bank fəaliyyətini özündə cəmləşdirən funksiyaların icrasını təmin edə bilmir. Bank hüquqi şəxs olaraq ləğvetmə prosesindədir və hüquqi şəxs olaraq fəaliyyətini davam etdirir. Qeyd edilən səbəbdən ləğv prosesində olan “Muğanbank” ASC-nin işçilərinin əmək müqavilələrinə sözügedən əsasla xitam verilməsi qanunla nəzərdə tutulmayıb. Bankın müflis elan edilməsi bankın aktiv fəaliyyəti dövründə zəruri olan bəzi strukturlara olan tələbatı aradan qaldırıb. Bu səbəbdən ştat cədvəlinin yenidən formalaşdırılması və işçilərin azaldılması istiqamətində ləğvedici tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir”. 

Qurumdan həmçinin bildirilib ki, qanunla nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən ləğv prosesində olan “Muğanbank” ASC-nin ixtisar ediləcək işçilərinə xəbərdarlıq edilib, əmək şəraiti şərtləri dəyişdiriləcək işçilərinə bu əsasla bildiriş verilib, öz xahişi ilə azad olmaq istəyən işçilər həmin əsasla işdən azad ediliblər:

“Yəni bu onun göstəricisidir ki, qanunla nəzərdə tutulmuş hər üç hala rast gəlmək mümkündür. Nəzərinizə çatdırırıq ki, “Muğanbank” ASC-nin Bankın müflis elan edilmə tarixinə 530 nəfər işçi heyəti olub. Məlumdur ki, bankın lisenziyasının ləğvinə səbəb olan əsas amil sözügedən bankda kapital çatışmazlığı, adekvatlıq əmsallarının qanunla müəyyən edilmiş qaydada olmaması ilə bağlı olub.

Eyni zamanda diqqətinizə çatdıraq ki, ləğv prosesində olan bankın sonrakı fəaliyyətində lazımi işçi heyəti ilə ləğvedici arasında əmək münasibətləri davam etdirilir”.

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728