Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq

Ermənistanda broker “Armbrok” əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi ilə əlaqədar qeyri-rezidentlərin bəzi hesablarını, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.
“Report”un məlumatına görə, bu barədə “RBC” brokerin nümayəndəsinə istinadən xəbər verir.
Hesabların bağlanması barədə qərar Armbrok uyğunluq departamenti tərəfindən Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxılaraq sərtləşdirildikdən sonra qəbul edilib.
Şirkət nümayəndəsi əlavə edib ki, qeyri-rezident müştərilərin aktivləri müştərilərin vəsait çıxarmaq üçün göstərişlərinə uyğun olaraq onların digər broker və banklardakı hesablarına köçürüləcək.