“MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib

Image

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Yeni media mühitində təhsil və məşğulluq imkanları” “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidinin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

O bildirib ki, "MEDİAlab" layihəsinin fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya nəticəsində inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərə və gələcəyə ümidli olmağa əsas yaradır.

Əhməd İsmayılov vurğulayıb ki, qısa bir müddətdə layihə çərçivəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu hər bir tərəfdən prosesin dəstəklənməsi və ümumi yanaşmanın uyğunluğunun göstəricisidir.

Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Konfrans zamanı “MEDİAlab” layihəsi çərçivəsində təşkil edilən tədbirlərdən görüntülərin əks olunduğu videoçarx nümayiş olunub.

Sonra Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək layihənin gənclərin yaradıcı düşüncəsini inkişaf etdirməyə, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşmasına və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmasına, komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməsinə yönəlməsindən danışıb.

Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı sayəsində təşkil edilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-ə yaxın gəncə mükafatlar təqdim edilib.

Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə nəticələrin əldə olunmasındakı dəstəyə, ümümi layihənin təşkilində göstərdikləri etimad və bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, "MEDİAlab" layihənin əsas məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728