Tovuzda Aqrar İnnovasiya Festivalı keçirilib

Image

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. 

Festivalda Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux, Gədəbəy, Göygöl rayonlarından fermerlər iştirak edib. Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən texnologiya və məhsullar sərgilənib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət qurumlarının mütəxəssisləri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri,  aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.

 Festivalın rəsmi açılış hissəsində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

 Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov çıxışı zamanı ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini  bildirərək bu islahatların nəticədə digər sahələr kimi aqrar sahədə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verdiyini qeyd edib.

 Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışı zamanı bildirib ki, festivalların keçirilməsində əsas məqsəd fermerlərin kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsullarla bir platformada yaxından tanış olmasıdır. Bu, festivallar öz bəhrəsini verir, istehsalçılar və fermerlər arasında birbaşa əlaqə yaradır.

 Festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının sərgi və nümayişi ilə yanaşı sahənin prioritet mövzularına dair fermerlərin maarifləndirilməsi istiqamətində təlim keçirilib. Təlim heyvandarlıqda tənəffüs yollarının xəstəlikləri və müalicəsi mövzularını əhatə edib.

 Mərkəzin əsas fəaliyyət istiqamətinə uyğun olaraq festival çərçivəsində aqrar sahədə startapların inkişafı və bu sahəyə marağın artırılması yönündə dəstək tədbirləri həyata keçirilir. Bu günki keçirilən festivalda startap kimi fəaliyyətə başlayıb, daha sonra məhsulu təsərrüfatlarda sınağı uğurla həyata keçirilən, kütləvi istehsala başlamış yerli şirkət tərəfindən - arıları “varroa” gənələrindən təmizləyən qurğu (Antivarroa) Tovuz rayonunun qabaqcıl arıçılarından olan fermer Qabil Hacıyevə ianə edilib. Antivarroa qurğusu- çöl şəraitində və yaşayış məntəqələrindən uzaq yerlərdə elektrik enerjisi olmadan arı ailələrini gənələrdən təmizləyir. Qurğu arıçılıq təsərrüfatlarında sınaqdan keçirilib və uğurlu nəticələr əldə edilib.

 Festivalların keçirilməsinin əsas töhfələrindən biri də kənd təsərrüfatı sahəsində özəl şirkətlərlə, kooperativlərlə, assosasiyalarla iş birliyinin yaranması, təcrübə mübadiləsinin həyata keçirilməsidir. Festival çərçivəsində yerli orqanik gübrə istehsalçısı şirkət ilə Tovuz rayonunda fəaliyyət göstərən, özündə böyük qadın qruplarını cəmləşdirən “Qərb Yenilikləri” Qadın Kooperativi arasında əməkdaşlığa əsasən kooperativə məxsus təsərrüfatda yerli şirkət tərəfindən təmənnasız şəkildə torpağın strukturunun yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olan mineral gübrələr tətbiq olunacaqdır. 

 Müxtəlif məhsulların sərgiləndiyi festival ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

 

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728