Lavrov Ərəb Liqası və İƏT-ə üzv ölkələrin XİN başçıları ilə görüşəcək

Rusiya XİN başçısı Sergey Lavrov Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin xarici işlər nazirləri ilə görüş keçirəcək.
Bu barədə RİA-ya Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Görüş sabaha planlaşdırılıb. Paytaxt Moskvada keçirilməsi nəzərdə tutulan görüşdə bir sıra məsələlər müzakirə olunacaq.
Bildirilib ki, əsas mövzu Qəzza sektorundakı vəziyyətdir.