Münaqişənin həllində region ölkələri iştirak etməlidir - Lavrov

"Rusiya Federasiyası İƏT-in Qəzza zolağında atəşkəsin zəruriliyi ilə bağlı qiymətləndirmələrini bölüşür".
TASS xəbər verir ki, bunu Moskvada keçirilən Fələstin üzrə Təmas Qrupunun toplantısında Rusiya XİN başçısı Sergey Lavrov deyib.
"Rusiya Federasiyası istənilən formada terrorizmə qarşıdır, lakin ona qarşı beynəlxalq humanitar hüququ pozmadan mübarizə aparılmalıdır. Qəzza zolağına çatdırılan humanitar yardımın həcmi açıq şəkildə kifayət deyil. Rusiya Federasiyası Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlar prosesinin yenidən başlaması üçün hazırlığa indidən başlamağa çağırır.
Vasitəçilərin Yaxın Şərq “dördlüyü”nə ərəb dünyasının nümayəndələri daxil deyildi, ona görə də öz funksiyalarını yerinə yetirə bilmədi. Fələstin-İsrail münaqişəsinin həlli mexanizmində regional ölkələr təmsil olunmalıdır", - o əlavə edib.