NATO "separatçı ritorikadan" narahatdır

NATO Bosniyada "separatçı ritorikadan" narahatdır.
Bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
"Biz separatçı və bölücü ritorikadan, eləcə də... xarici müdaxilələrdən, o cümlədən Rusiyadan narahatıq", - Stoltenberq Sarayevoda jurnalistlərə bildirib.
O, Bosniya Serblərinin lideri Milorad Dodikin ölkənin muxtar Serb bölgəsinin ayrılaraq müttəfiqi Serbiya ilə birləşməyə çalışacağı ilə bağlı bəyanatlarından narahatlıq ifadə edib.
"Bu, sabitliyi pozur və islahatlara mane olur", - deyə Stoltenberq bildirib və əlavə edib ki, bütün siyasi liderlər birliyi qorumaq, milli institutlar qurmaq və barışığa nail olmaq üçün çalışmalıdırlar.