Azərbaycan millisi pley-off şansını itirdi

AÇ-2024-ün seçmə mərhələsi davam edir.
Ötən gecə daha 3 qrupda 7 oyun keçirilib.
C, E və H qruplarında keçirilən Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan matçları ilə “Avro-2024”ün əsas mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.
Ukrayna - İtaliya matçı qolsuz başa çatıb. Bu nəticədən sonra İtaliya Avropa çempionatına vəsiqə qazanıb.
Çexiya - Moldova oyunu isə çexlərin 3:0 hesablı qələbəsi ilə başa çatıb və çexlər 2-ci yerin sahibi kimi qitə çempionatının final mrhələsinə yüksəlib.
Əgər Qazaxıstan yığması Sloveniyanı üstələyə bilsəydi, bu, Azərbaycan millisinə Mİllətlər Liqasının pley-offunda iştirak etmək şansı yaradacaqdı. Ancaq oyun Sloveniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qruplarda İngiltərə, Albaniya və Danimarka final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.
AÇ-2024, seçmə mərhələ, 10-cu tur
20 noyabr
C qrupu
Şimali Makedoniya – İngiltərə - 1:1
Ukrayna – İtaliya - 0:0
Xallar: İngiltərə - 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.
E qrupu
Albaniya – Farer adaları - 0:0
Çexiya – Moldova - 3:0
Xallar: Albaniya – 15, Çexiya – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2.
H qrupu
Şimali İrlandiya – Danimarka - 2:0
San Marino – Finlandiya - 1:2
Sloveniya – Qazaxıstan - 2:1
Xallar: Danimarka – 22, Sloveniya – 22, Finlandiya – 18, Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino - 0.