Paşinyan Rusiyaya ehtiyac olmadığını daha bir kürsüdə bəyan etdi...

Abutalıb Səmədov: “Bununla da dolayısı ilə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması zəruriliyinə işarə edib”
Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan heç bir fayda görmür. N.Paşinyan deyib ki, Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirməyə çalışır və Rusiyanın respublikada hərbi mövcudluğunun faydasını görmür, lakin Rusiya bazasının çıxarılması məsələsini müzakirə etmir.