Brüsselin sədaları altında rəqs etmək istəmirik - Orban

"Macarlar Brüsselin sədaları altında rəqs etmək istəmirlər”.
Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Artıq Macarıstan paytaxtının küçələrində bu şüarla plakatlar "peyda" olub.
Macarıstanın baş naziri həmçinin vətəndaşları Budapeştlə Aİ arasında münasibətlərdə fikir ayrılığına səbəb olan məsələlər üzrə "milli məsləhətləşmə"də iştirak etməyə çağırıb.