İran və Ermənistan arasında əməkdaşlıq müzakirələri

İrəvanda səfərdə olan İran Turizm və Avtomobil Federasiyasının nümayəndə heyəti Ermənistanın Ərazi-İdarəetmə və İnfrastruktur Nazirliyinin nümayəndələri ilə görüş keçirib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şimal-Cənub magistralının Sisian-Qacaran hissəsinin tikintisi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında miqrasiya məsələlərini də müzakirə ediblər.