Zəngəzur dəhlizi məsələsində İrəvanın peşmançılığı başladı...

Image

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistan ərazisindən yan keçməklə İrandan keçən avtomobil və dəmir yolunun tikintisi layihəsini şərh edib.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi layihəsində Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir: “Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar. Bu ölkələr faktiki olaraq, İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Avtomobil və dəmir yolu Ermənistandan yan keçsə, o, sadəcə olaraq çayın o biri tərəfinə düşəcək”.

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri olan Aleksey Overçuk onu da qeyd edib ki, Ermənistan ərazisindən və İrandan keçməklə Azərbaycanı Naxçıvana  birləşdirən, Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi daha çox azacıq uzunluğuna görə Ermənistan ərazisindən keçən yoldan fərqlənir: “Ermənistan ərazisindən keçən dəmir yolunun 42 kilometr olacağı təxmin edilirdi. Bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 kilometrdir, bütün fərq budur: cəmi iki körpü və 8 kilometr”. Aleksey Overçuk Ermənistanın Mehri rayonundan keçən yolun tikintisi vasitəsilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirakı məsələsinə də münasibət bildirib. Overçukun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur sahəsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir: “Ermənistan hazırda “Şimal-Cənub” dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”. Beləliklə, Ermənistan öz günahı üzündən yenidən mühüm regional nəqliyyat dəhlizindən kənarda qalır. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli qeyd edir ki, İrəvan əvvəllər Türkiyə və Azərbaycanın onu blokadaya saldığını və bu blokadada boğulduğunu deyirdi: “Münaqişə bitdikdən sonra Azərbaycan reallaşdırdığı Zəngəzur layihəsinə Ermənistanı da daxil etmək istədi. Lakin Ermənistan uzun müddət buna razılaşmadı”. Politoloq “axar.az”a açıqlamasında bildirib ki, müəyyən dövrlərdə İran bu layihə ilə bağlı xeyli əngəllər də yaradırdı: “Sonra Ermənistan İranla eyni mövqedən çıxış etdi. Nəticədə, gördüyümüz kimi, dəhliz Ermənistandan yox, İrandan açılır. Bu fakt üzə çıxandan sonra Nikol Paşinyan ardıcıl açıqlamalara başlayıb. Lakin onların yenə də problemləri var. Bu problemlər Rusiya ilə bağlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə, yolun təhlükəsizliyi Rusiya sərhəd qüvvələri tərəfindən təmin edilməlidir. Ermənistan isə yolun açılacağı təqdirdə ərazi bütövlüyünə xələl gətirə biləcək addımların atılmamalı olduğunu deyir. Yəni sərhəd və gömrük xidmətinin Ermənistanın sərəncamında olmasını istəyir. Bu, Rusiya və Ermənistanın problemidir, Azərbaycana heç bir aidiyyəti yoxdur”. Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın tərəddüdləri Azərbaycanı İran ərazisindən keçən yola diqqət yetirməyə vadar etdi: “Bu barədə razılaşma var. Hətta təməlqoyma mərasimi də keçirilib. Bundan dərhal Paşinyan oyuna düşdüyünü və uduzduğunu anladı. Nikol Paşinyan və onun komandası hərdəmxəyal insanlardır. Onlar bu məsələnin perspektivlərini görməyi bacarmalıydılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Buna görə də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması üçün İran İslam Respublikası ilə razılıq əldə olunub. Gürcüstanın paytaxtında  keçirilən dördüncü Tiflis İpək Yolu Forumunda Azərbaycanın baş naziri Əli Əsədov da qeyd edib ki, ölkəmiz regionda kommunikasiya və nəqliyyat xətlərinin açılmasında maraqlıdır: “Azərbaycan 2020-ci ilin 10 noyabr bəyənatı əsasında kommunikasyaların açılması üçün uzun müddət çalışıb. Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”. Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatdığını şərtləndirən və Rusiyanın da yer aldığı üç tərəfli bəyanatda münaqişə tərəfləri regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi öhdəliyi də götürüblər. Bəyannamənin 9-cu bəndində göstərilib ki, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ermənistan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcək. Nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. İndiyə kimi Ermənistan nəqliyyat əlaqələrinin yalnız dəhliz formasında qəbul edilməsinin yolverilməz olduğunu deyib və Bakının bu ritorikasını Ermənistanın “ərazi bütövlüyünə təhdid” kimi qiymətləndirib. Halbuki, buna heç bir əsas yoxdur. Elə bu səbəbdən də Azərbaycan Naxçıvana gedən yolu İran üzərindən keçirir. Bu da Ermənistanın regionda daha mühüm bir layihədən kənarda qalması deməkdir.








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728