Volodin Çinə niyə gedib? - DETALLAR

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Çinə rəsmi səfər edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, noyabrın 21-dən 23-dək davam edəcək səfər zamanı Rusiya parlamentinin nümayəndələri Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəklər.
“Rusiya və Çin arasında parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə - iqtisadiyyat, təhlükəsizlik, ticarət, təhsil və elm və digər sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunacaq”, - Dövlət Dumasının rəsmi saytında deyilir.
Nümayəndə heyətinə bütün partiyaların nümayəndələri, eləcə də bəzi komitələrin sədrləri daxildir. Onların arasında beynəlxalq məsələlər üzrə komitənin rəhbəri Leonid Slutski, informasiya siyasəti üzrə komitənin sədri Aleksandr Xinşteyn, müdafiə üzrə komitənin başçısı Andrey Kartapolov və başqaları var. Ümumilikdə nümayəndə heyətinə 14 deputat daxil edilib.
Rusiya prezidenti Vladimir Putin Min sədri Si Cinpinin dəvəti ilə oktyabrın 17-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün bu ölkəyə getmişdi. O, Çin rəhbəri ilə danışıqlar aparıb. Danışıqlarda Ukrayna və Yaxın Şərq kimi mövzular müzakirə olunub.