Bu gün Türkiyə-Rusiya siyasi məsləhətləşmələri keçiriləcək

Bu gün Türkiyə və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr keçirləcək.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, məsləşətləşmələr noyabrın 21-də Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.
“Rusiya Federasiyası ilə Türkiyə arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr çərşənbə axşamı Moskvada baş tutacaq”, - məlumatda deyilir.
Türkiyə tərəfdən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiya tərəfdən isə nazir müavinləri Sergey Verşinin və Aleksandr Qruşko rəhbərlik edəcək.