Tacikistan prezidenti Rusiyadadır - Yenilənib

Tacikistan prezidenti Emoməli Rəhmon Moskvadadır.
Bu barədə Tacikistan PA-nın mətbuat xidməti məlumat yayıb.
***
20.11.2023 / 16:24
Sabah Rusiya prezidenti Vladimir Putin Moskvada ölkədə rəsmi səfər edəcək Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq.
Bu barədə Kreml məlumat yayıb.
Görüşdə ticarət-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiya-Tacikistan strateji tərəfdaşlığının digər əsas aspektlərinin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Danışıqlar nəticəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.
***
16.11.2023 / 11:52
Tacikistan prezidenti Emoməli Rəhmon Moskvaya gedəcək.
Bu barədə Tacikistan PA-nın mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 21-22-də ölkə başçısı Emoməli Rahmon Rusiyaya rəsmi səfər edəcək", - deyə qeyd olunub.
Onun Rusiyada bir sıra yüksək səviyyəli görüşlər keçirməsi, o cümlədən prezident Vladimir Putinlə danışıqlar aparması gözlənilir.