Moskva rusdilli məktəblər üçün dərsliklərə 200 milyon rubl ayıracaq

Rusiya Tacikistanın rusdilli məktəbləri üçün dərsliklərə 200 milyon rubl ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla danışıqlar zamanı bildirib.
O, Tacikistan prezidentinə respublikada rus dilinin inkişafına görə ona təşəkkür edib.
Qeyd edək ki, E.Rəhmon Moskvada 2 günlük səfərdədir. Onun Putinlə görüşündə ticarət-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiya-Tacikistan strateji tərəfdaşlığının digər əsas aspektlərinin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması, habelə sənədlər imzalanması nəzərdə tutulub.