Əliyevin Brüssel görüşündən imtinası ciddi səbəblərsiz deyil...

Image

Sahil Kərimli: “Avropa İttifaqının vasitəçiliyi ilə son 3 ildə aparılan görüşlər, keçirilən müzakirələr heç bir nəticə vermədi”

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Brüsseldə oktyabrın sonunda nəzərdə tutulan üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün olmayacağı barədə açıqlamasının ardınca Ermənistan XİN başçısı Ararat Mirzoyan bu yöndən suala aydınlıq gətirdi.

O bildirdi ki, görüş “Azərbaycan Prezidentinin vaxtı olmadığı üçün təxirə salınıb”.

O, "ümid edir" ki, həqiqətən Azərbaycan Prezidentinin vaxtı yoxdur, həmçinin növbəti görüşə hazır olduqlarını xüsusi vurğulayıb.

5 oktyabrda Prezident İlham Əliyev Qaranadadan imtina etdi – Avropa Siyasi Birliyinin üçüncü sammitində beştərəfli (Əliyev-Paşinyan-Makron-Şolts-Mişel) görüşü nəzərdə tutulurdu. Prezident Əliyevin səfərdən imtinasının səbəbi kimi Türkiyə liderinin görüşdə iştirakını tələb etməsi və buna müsbət cavab almaması göstərilirdi.

Əlbəttə, Fransa və Almaniyanın (Makron və Şoltsun) vəziyyətdən istifadə edərək vasitəçi kimi, həm də siyasi danışıqlarla Cənubi Qafqazda “söz sahibinə” çevrilməsi, Türkiyənin isə danışıqlardan kənarda saxlanılması geopolitik baxımdan Azərbaycanın maraqlarına və mövcud real şəraitə uyğun deyildi. Təbii ki, Əliyev buna imkan verə bilməzdi.

Bişkekdə keçirilən MDB dövlət başçılarının görüşünə isə Paşinyan qatılmadı. Qranadadan cəmi 1 həftə sonra Ermənistanın üzvü olduğu qurumun sammitinə Paşinyanın qatılmaması birmənalı qarşılanmadı.

Hələ o zaman danışıqların “Qərb platformasında” davam etdiriləcəyi barədə fikir irəli sürülsə də, Azərbaycanın bunda ciddi şəkildə maraqlı olmadığı da görünürdü.

Böyük ehtimal odur ki, bu platformada reallığı əks etdirən gündəm Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədin delimitasiya və demarkasiyası, o cümlədən regional kommunikasiyanın blokdan çıxarılmasını deyildi, ermənilərin Qarabağa qaytarılmasını müzakirəyə çıxarmaq istəyirmişlər.

Belə gündəliklər Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil və nə qədər ki bunu gündəmdə saxlamağa çalışacaqlar, Avropanın vasitəçiliyi etibarlı sayılmayacaq.

Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərindən, Qaranadada keçirilən görüşlərdən və oktyabrın sonlarına yaxln keçiriləcək görüşlərdən imtina etməsi başadüşüləndir: “Bu, Azərbaycanın haqlı, ədalətli mövqeyidir. Çünki bunun bir çox ciddi səbəbləri var. Məlum olduğu kimi, son vaxtlar baş verən proseslər aydın göstərir ki, Avropa İttifaqı, Avropanın əksər siyasi dairələri birbaşa Ermənistana havadarlıq edirlər, Ermənistanın mövqeyindən çıxış edirlər. Bu da, əlbəttə, sülh prosesinə çox ciddi zərbələr vurur. Avropa İttifaqının vasitəçiliyi ilə son 3 ildə aparılan görüşlər, keçirilən müzakirələr heç bir nəticə vermədi. 3 il ərzində nail olmağa çalışdıq ki, dinc yolla Ermənistan öz qanunsuz silahlı dəstələrini süveren Azərbaycan əraziləri olan Qarabağdan çıxarsın. Amma Avropa İttifaqı Ermənistana təzyiq edə bilmədi, əksinə, Ermənistanı pərdəarxası oyunlarla dəstəklədi. Sonda isə Azərbaycan öz süveren və müstəqil hüquqlarından istifadə edərək ərazi bütövlüyünü bərpa etdi, ərazilərimizdə olan terrorçu qruplaşmalar, qanunsuz silahlı dəstələr bir gün ərzində məhv edildi və silahı yerə qoymağa məcbur oldular. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasi gedişləri nəticəsində öz ərazi bütövlüyümüzü bərpa etdik və qarşımıza qoyduğumuz məqsədlərə nail olduq. Bundan sonra qarşıda duran əsas məsələ Ermənistanın sülhə məcbur edilməsidir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Azərbaycanın da istədiyi budur ki, bölgədə uzunmüddətli və dayanıqlı sülh və təhlükəsizlik yaransın, hamı Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanısın. Sonda da sərhədlərin delimitasiya və demarkasiya prosesi olmalıdır. Bütün proseslərdə, təəssüf hissi ilə vurğulamalıyıq ki, Avropa İttifaqı, Avropanın bəzi siyasi dairələri və konkret olaraq Fransa hər zaman olduğu kimi indi də Ermənistanın qeyri - konstruktiv mövqeyini, işğalçılıq siyasətini dəstəkləyir. Avropa İttifaqı nə üçün imkan verir ki, Fransa kimi işğalçı bir dövlət, dünyada qanlı keçmişi ilə yadda qalan bir ölkə Ermənistanı silahlandırsın? Əgər bu gün Avropa İttifaqı həqiqətən də bölgəmizdə sülh və təhlükəsizlik istəyirsə, Fransanın bu kimi bədnam addımlarını konkret olaraq pisləməlidir. Milli Təhlükəsizlik Şurasının və digər təşkilatlarin iclaslarında Azərbaycan əleyhinə qətnamə tədbiq etmək istəkləri ədalətsiz mövqeyin nümunələridir. Biz tələb edirik ki, bu cür haqsız tələblərdənsə, beynəlxalq ictimaiyyət və təşkilatlar, xüsusilə də BMT Fransanın Ermənistanı silahlandırmasını pisləsin, bununla bağlı qətnamə qəbul etsin. Amma biz bunu görmürük və böyük ehtimalla görməyəcəyik də. Ona görə də Azərbaycan bu tədbirlərdən, görüşlərdən imtina edir”.

Məhəmmədəli QƏRİBLİ







SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728