Çığırtma "gürcü yeməyi" kimi dünyanın 50 ən yaxşı ət yeməyi siyahısına düşüb

Çığırtma "gürcü yeməyi" kimi dünyanın 50 ən yaxşı ət yeməyi siyahısına daxil edilib.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, gürcülər bu təamı "çixirtma" adlandırır.
Bundan başqa, məşhur gürcü yeməyi olan xarço şorbası da sözügedən siyahıya düşüb. Belə ki, dünya kulinariya bələdçisi "TasteAtlas"da xarço 18-ci, çığırtma isə 33-cü yeri tutub.
Xarço mal və ya toyuq əti, qoz və düyüdən hazırlanan doyurucu şorbadır. Ənənəvi olaraq gürcü ədviyyatlarının xmeli-suneli və tkemali sousu qarışığı ilə yeyilir.
"Gürcüsayağı" çığırtma isə toyuq tikələri, soğan, yumurta, un, sirkə, su və duz, dəfnə yarpağı və keşniş kimi ədviyyatlardan ibarət dadlı və doyumlu şorbadır. Bir az turş dada və qaymaqlı konsistensiyaya malikdir.