KTMT katibliyi İrəvana cavab verdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Ermənistan tərəfinin bəyanat layihəsini müzakirədən çıxarmaq təklifi ilə bağlı mətbuatda dərc olunan yazıları şərh edib.
Katiblik bu barədə məlumat yayıb.
"Ermənistan belə bir təklif edib. Bununla belə, KTMT-nin Ermənistana monitorinq missiyasının göndərilməsi üzrə işlər davam etdiriləcək", - deyə qeyd olunub.
Qeyd olunub ki, “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsindən və XİN başçılarının regionda sülhün əldə edilməsi səylərinə dəstək bəyanatı nəzərdə tutulub.