Putin Belarusdadır - Yenilənib

Rusiya prezidenti Vladimir Putin Belarusa gedib.
Rusiya mətbuatı xəbər verir ki, o, artıq paytaxt Minskə çatıb.
Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.
***
22.11.2023 / 16:14
Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Belarus paytaxtı Minskə səfər edəcək.
Məlumatı Kreml yayıb.
Səfərin məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etməkdir.
Gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər daxildir.
Qeyd edək ki, Ermənistan toplantıya qatılmaqdan imtina edib.